Bakıda metro yaxınlığında kütləvi dava, yaralılar var

img

15-01-2014 [12:00]


Bu gecə saat 02:00 radələrində Bakının Yasamal rayonu ərazisində 4 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib.

Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Hüseyn Cavid prospektində "Elmlər Akademiyası” metrosu yaxınlığında baş verən davada bıçaqlanan şəxslərin hamısı xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 21 yaşlı Toğrul Əhmədov, 27 yaşlı Elxan Əliyev, 23 yaşlı Şükür Əbülfəzli və 23 Rahib Tanrıverdiyevdir. Hadisəni törədən şəxslərin spirtli içki qəbul etdikləri bildirilir. Kütləvi davanın da elə sərxoş şəxslərin mübahisəsi zamanı baş verib. Lakin mübahisənin nə səbəbdən yarandığı hələlik məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA