Ruhi xəstəxanadan qaçan şəxsdə “Kalaşnikov”la tutuldu

img

27-12-2013 [14:57]


Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər prokurorluğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmış daha bir nəfərin tutulması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, axtarışda olan Razim Hacıyev dekabrın 26-da paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılıb. Baxış zamanı R. Hacıyev və onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd "Kalaşnikov” markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça, 1 ədəd pnevmatik tapança və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı psixiatriya xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq 1 saylı psixiatriya xəstəxanasına yerləşdirilib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA