Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib 

img

14-05-2021 [16:39]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib: "Ölkədə indiyədək ümumilikdə 328 994 nəfər koronavirusa yoluxub. Onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.

Azərbaycanda son gün ərzində 7 494, hazırkı dövrədək isə 3 368 394 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA