Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - MƏTN
11-05-2021 [12:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mia.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.
Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.
Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.
Əziz bacı və qardaşlarım!
Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!
Ramazan bayramınız mübarək olsun!"
Hindistan hava məkanını qapadıb
Türkiyədə yumurta kəskin ucuzlaşdı - 55-55 faiz
“Fənərbağça”nın sabiq futbolçusu “Bavariya”dan ayrılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ Ukrayna ilə saziş imzalamağa hazırlaşır
İsrail Azərbaycandan kömək istəyib
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Abbas Əliyev Aparat rəhbərinin müavini təyin olunub - Dövlət Xidmətindən AHİK-ə növbəti "transfer" olub
Azərbaycan və Küveyt arasında əməkdaşlıq dərinləşir - Xarici İşlər Nazirliyi məlumat yayıb
Kamran Əliyevin səlahiyyət müddəti daha 5 il artırılır - Mili Məclis sabah qərar verəcək (Yenilənib)
Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi dəyişib
Müğənni: "Kişinin mənliyi olmalıdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əkrəm İmamoğlunun qaynı haqqında həbs qərarı verildi
İntiqam Soltan istefa verdi
İcra Hakimiyyətinin tenderi ilə bağlı maraqlı məlumat yayılıb
Əfsanəvi aktrisa qocalar evində ölüb - 100 yaşında + FOTOLAR
TƏBİB-də təftiş balayır - Tenderlərlə bağlı
Kremldən Kiyevə mesaj: "Birbaşa danışıqlarla bağlı cavab gözləyirik"
Prezident İlham Əliyev “IVECO”nun sükanı arxasında - FOTOLAR
May ayında neçə gün iş olmayacaq?
Müdafiə Nazirinin sosial media hesabı bloklanıb - 16 media orqanına giriş də qapadılıb
Ukraynada azərbaycanlı iş adamı oğurlanıb - Təfərrüat + FOTO
Qaradağda məmurlar gölü qurudub satırlar, ekoloji tarazlıq pozulub - AZTV-nin çəkiliş qrupu necə aldadılıb? (VİDEO, YENİLƏNİB)
Nazir Səidə Tağızadəni yüksək vəzifəyə təyin etdi
May ayının havası açıqlanıb
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında - FOTOLAR
İMTAHANLARIN VAXTI DƏYİŞDİ - DİM açıqlama yaydı
Qəzza bombalanır - Daha 16 nəfər həlak olub
DİN-dən uşaq oğurluğu iddialarına reaksiya: "Yalandır" - VİDEO
Agentliyə baş direktor təyin olunub - Yeni rəhbər kimdir?
Həbsdən yeni çıxan iş adamı tələbələrin təqaüdünü kəsib
Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb
Sabah hava necə olacaq? - Proqnoz
Netanyahu Azərbaycana gəlir
Hindistanda oteldə yanğın: 15 nəfər ölüb
"Kəpəz", "Səbail", "Sabah" və "Qarabağ" klubları cərimələnib
ƏMƏKDAR MÜƏLLİMİN AD GÜNÜ - Direktor müavini yazır
Əli Əsədov sərəncam imzalayıb
Prezident İlham Əliyev Qusarda - FOTOLAR
Nazirlik və icra başçılarının maşınları satışa çıxarıldı - SİYAHI
İlham Əliyev İsrail prezidentinə məktubu göndərib: "Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsraillə..."
Ərdoğanın diplomu ləğv olunub? - Məhkəmə qərarına rəsmi reaksiya
Dövlət Xidmətindən hərbi xidmətə çağırılanlara - Xəbərdarlıq