Azərbaycanın Moldovadakı Səfirliyində Heydər Əliyevə həsr edilmiş geniş tədbir keçirilib - FOTOLAR
10-05-2021 [18:36]
Cari ilin 10 may tarixində ölkəmizin Moldovadakı Səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir təşkil edilib.
Mia.az xəbər verir ki, səfirliyin həyətində baş tutan tədbirdə yerli ictimai-siyasi xadimlər, elm və iş adamları, eləcə də 400 nəfərə yaxın Moldovada yaşayan və təhsil alan soydaşlarımız ailə üzvləri ilə birlikdə iştirak edib.
Tədbir çərçivəsində ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib, sözügedən sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilib.
Tədbirdə səfir Qüdsi Osmanov qonaqları salamlayaraq Səfirliyi azərbaycanlıların “ata evi" adlandırmış, müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından danışıb, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü vurğulayıb, ulu öndərin davamçısı hazırkı prezident İlham Əliyevin keçən il Heydər Əliyevin ən əziz arzusunu gerçəkləşdirdiyini, Azərbaycan torpaqlarını geri qaytararaq Azərbaycan bayrağını Şuşa, Qarabağ üzərində dalğalandırdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə, həmçinin MAK-ın sədri Elçin Bayramov, azərbaycanlı diaspor fəalı Maarif Rəhimov və digər qonaqlar çıxış edərək hər il 10 may tarixinin yalnız Azərbaycanda deyil, eləcə də Moldovada və bütün dünyada azərbaycanlılar tərəfindən qeyd olunduğunu bildirib, böyük siyasi xadimin xatirəsinin azərbaycanlıların ürəyində əbədi qalacağını qeyd edib və dahi şəxsiyyətin xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması üçün əvəzsiz xidmətlərindən söhbət açıblar.
Tədbir Moldovada yaşayan azərbaycanlı uşaqların ümummilli lider Heydər Əliyevə həsr edilmiş və vətənpərvərlik mövzusunda şeirlər söyləməsi, milli rəqslər, milli musiqilər, eləcə də Müslüm Maqomayevin mahnılarının ifa edilməsi ilə davam etdirilib, daha sonra qonaqlara milli mətbəximizin təamları təqdim olunub. Yeni inşa edilmiş Səfirliyin həyətinə həmvətənlərimiz və qonaqlar tərəfindən ağac və qızılgüllər əkilməsi ilə tədbir yekunlaşıb.
Yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən tədbir Moldova mediasında geniş işıqlandırılıb.
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama