Azərbaycanda daha 660 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

09-05-2021 [16:38]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub".

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:06 14.06.2021

Sabahın hava proqnozu

09:06 14.06.2021

Bu gün "Son zəng"dir

14:03 13.06.2021

Aleksandr Ata dəfn olunub