İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı - Dəyişiklik

img

07-05-2021 [22:43]


Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı bir sıra sənədlərdə dəyişiklik edilməsinə dair fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmanla “Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda, “Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik ediləcək.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA