Əli Əsədov nazirləri yenə topladı: "Qarşıda duran vəzifələr məsələlər müzakirə olunub" - FOTO

img

07-05-2021 [17:44]


Mayın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrk “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın alt İşçi Qruplarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iclasda "2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra vəziyyəti, alt işçi qrupları tərəfindən görülən işlər və təqdim edilən alt-məqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA