“Sputnik V” vaksininin ilk partiyası sabah Azərbaycana gətirilir

img

01-05-2021 [17:46]


Rusiyadan alınan “Sputnik V” vaksinlərinin hava limanına gəliş vaxtı dəyişdirilib.

Mia.az Azərbaycan XİN-ə istinadla xəbər verir ki, vaksinlər ölkəyə sabah, mayın 2-də gətiriləcək.

***

Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətiriləcəyi vaxt məlum olub.

Mia.az xəbər verir ki, vaksinlər Azərbaycana bu gün gətiriləcək.

Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA