Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək

img

01-05-2021 [13:00]


Ötən gün vəfat edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Bu barədə nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq: "Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək".

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA