Elmi dərəcə almaq istəyən məmurlara "qırımızı işıq" yandırıldı - AAK-dan xəbərdarlıq

img

28-04-2021 [17:32]


“Müxtəlif vaxtlarda həm bizim ölkədə, həm də digər ölkələrdə müxtəlif rəhbər vəzifəli,  o cümlədən hüquq-mühafizə orqanlarında çalışan şəxslərin, müxtəlif icra qurumlarının rəhbərlərinin alimlik və ya elmi dərəcə almaq üçün niyyətləri olub və bunu müəyyən yollarla həyata keçiriblər”. 

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri professor Famil Mustafayev deyib.

O bildirib ki, bunun üçün həmin şəxslər çalışdıqları sahədən ayrılsalar və ya digər sahədə öz fəaliyyətlərini davam etdirsələr, yalnız o halda onlara elmi ad, elmi dərəcə verilməsi məsələsinə baxıla bilər: “Ona görə də dövlət qulluğunda, onun xüsusi növlərində çalışan şəxslərin dissertasiya müdafiə etməsi və elmi dərəcə alması məsələsi biz tərəfdən məqsədəuyğun hesab edilmir. Burada müxtəlif kateqoriyalı dövlət qulluqçuları var”/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA