BAKININ İKİ MƏŞHUR XƏSTƏXANASININ BAŞ HƏKİMLƏRİ VƏZİFƏDƏN AZAD OLUNUD - Yeni təyinatlar

img

28-04-2021 [15:17]


Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ("Respublikanski") baş həkimi Telman İbadov vəzifəsindən çıxarılıb. 

TƏBİB-dən Mia.az-a bildirilib ki, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. R.Bayramlının digər əmri ilə Telman İbadovun yerinə  Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Məlumata görə, Telman İbadov isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini vəzifəsinə keçirilib.

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmri ilə İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktoru vəzifəsindən azad edilib.

Başqa bir əmrilə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub. 

İlham Qafarov isə 1 saylı Tibbi Klinik Mərkəzin direktor muavini vəzifəsinə keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA