Məleykə Abbaszadənin qızının yerinə prorektor təyinatı oldu - Emin Əmrullayevin vəzifə verdiyi professor kimdir?

img

09-04-2021 [15:07]


Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

O, 2018-ci ildən indiyə qədər ADPU-nun "Filologiya" fakültəsinin dekanı vəzifəsində çalışıb.

Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, "Qızıl qələm" və "İlin alimi" Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir.

100-dən çox şeirinə musiqi bəstələnib. 2020-ci ildə Türkiyədə keçirilən musiqi festivalında M.Hüseynovanın müəllifi olduğu "Vətəndir" şeirinə məşhur türk bəstəkar Ərdoğan Tozoğlu musiqi bəstələyib.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə olub. O, keçən il qəfil ürəktutmasından dünyasını dəyişmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA