Azərbaycanda gündəlik 50-100 jurnalistin vaksinasiyası planlaşdırılır 

img

09-04-2021 [12:31]


"Yaşı 18-dən yuxarı olan bütün jurnalistlər könüllülük əsasında peyvənd oluna bilərlər".

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib: "Belə planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Hələlik bu günə olan məlumata əsasən, peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır. Birmənalı olaraq, dünyanı bürüyən bu virusdan qorunmaq üçün peyvənd olunmalıyıq".

Qeyd edək ki, bu gündən Azərbaycanda media işçilərinin koronavirusa (COVID-19) qarşı vaksinasiyasına başlanılıb. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA