Şirvan şəhərində Vətən müharibəsi qaziləri ilə mütəmadi görüşlər keçirilir - FOTOLAR
08-04-2021 [21:51]
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti dəfə bir qrup Vətən müharibəsi qazisini qəbul edib. Qəbulda millət vəkili İltizam Yusifov, Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru İlham Mustafayev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Aqşin Abdullayev, İctimai Nəzarət Koalisiyasının Şirvan şəhər təşkilatının sədri Töhfə Məmmədova və İcra Hakimiyyətinin məsul işçiləri iştirak edib.
Mia.az xəbər verir ki, vətənimizin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşən, xalqımıza Şanlı Qələbə sevincini və qürurunu yaşadan bütün əsgər və zabitlərə təşəkkürünü bildirib, qəhərman oğullarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Vətən müharibəsinin başlandığı 27 sentyabrın Anım Günü, Şuşanın azad edildiyi 8 noyabrın Zəfər Günü kimi qeyd edilməsi, digər məsələlərlə bağlı cənab Prezidentin müvafiq sərəncamları qələbənin əldə edilməsində böyük rəşadət göstərən vətən övladlarının şücaətinə ehtiramın göstəricisidir. Ölkə başçıs tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışan İlqar Abbasov, Yaşat Fondunun və yerli icra hakimyyətlərində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin də bu kateqoriyadan olan insanların sosial rifah halının yaxşılaşdırılmasına, problemlərinin mübət həllini tapmasına töhfə verəcəyini bildirib. Qeyd edib ki, Şəhər İcra Hakimiyyəti tərəfindən II Qarabağ müharibəsi şəhidlərinin, qazilərin ailələrinə, aztəminatlı ailələrə müxtəlif məbləğlərdə maddi yardımlar göstərilib, şəhərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin dəfn mərasimləri yüksək səviyyədə təşkil olunub, Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işləri aparılıb, Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrupları tərəfindən şəhid ailələri və qazilərin ailələri mütəmadi ziyarət olunub, onların sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Sonra qəbulda iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər. Onların qayğı və təklifləri ayrı-ayrılıqda dinlənilib, İcra Hakimiyyətinin başçısı, millət vəkil, Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru tərəfindən onlara müvafiq izahat verilib. Müraciətlərin məzmununu işlə təminat, banklara olan kredit borclarının və kommunal borcların ödənilməsi, müalicə və əlilliyin təyin edilməsi üçün köməkliyin göstərilməsi, küçələrin asfaltlanması və sair məsələlər təşkil edib. İlqar Abbasov qazilərin problemlərinin bir qisminin tezliklə həll olunması üçün aidiyyəti üzrə göstəriş verib, digər mühüm məsələlərlə bağlı “Yaşat” fonduna müraciət edilməsinin vacibliyini bildirib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib