Tarkanın Qubadakı konsertində 7 min manata bilet satılıb

img

05-01-2014 [11:10]


Türkiyənin tanınmış pop ulduzu Tarkanın Azərbaycanın Quba şəhərində verdiyi konsertin biletlərinin 7 min manata yaxın (20 min türk lirəsi) dəyərə satıldığı iddia edilir.

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Qubadakı "Rixos” oteldə ilbaşı proqramı çərçivəsində Azərbaycandakı heyranları ilə bir araya gələn Tarkan gecədə 20 mahnı səsləndirib. Perfomansı ilə heyranlarını çoşduran ünlü musiqiçinin 6 TİR dolu avadanlıqlardan istifadə etdiyi konsertdə səs və işıq şovu ilə də izləyiciləri təəccübləndirib. məlumatda qeyd edilir ki, ən ucuz biletin qiyməti 350 manat (970 türk lirəsi) olduğu konsertdə 7 min manata da bilet satılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA