Yardımlının polis veteranlar şurasının sədri vəfat edib

img

06-04-2021 [21:20]


Yardımlının polis veteranlar şurasının sədri vəfat edib.

Mia.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzetinin rəhbəri Tahir Xudiyev, “Turan” Türk Xalqlarının Mədəniyyət Mərkəzi İB-in Sədri Zərnişan Azayeva və BEC İB-in Qarabağ Nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov Yardımlı DİŞ polis veteranlar şurasının sədri, ziyalı, el ağsaqqalı Əlövsət Əlif oğlu Mirzəyevin vəfatından kədərləndiklərini bildirir, doğmalarına və qardaşı, BDU-nun Tədbiqi Riyaziyyat kafedrasının müdiri Fərhad Mirzəyevə dərin hüznlə başsağlığı verir və səbr diləyiblər.

Qeyd olunub ki, Əlövsət Mirzəyev işlədiyi pedaqoji sahədə və DİN hüquq-mühafizə orqanlarında xalq və dövlətə sədaqətlə xidmət etmiş, cinayətkarlığa qarşı qatı mübariz olmuş, daima haqqın, ədalətin müdafiəçisi olub.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA