Deputat: "Rektorun əsas keyfiyyətlərindən biri..."

img

05-04-2021 [15:46]


"Universitetlərin reytinqini müəyyənləşdirən kriteriyalardan biri universitet kitabxanalarıdır. Barmaqla sayılası universitetlər istisna olmaqla, Azərbaycan ali təhsil müəssisələrinin kitabxanaları bərbad vəziyyətdədir”.

Mia.az xəbər verir ki, bunu deputat Etibar Əliyev sosial şəbəkədəki hesabında yazıb.

Bildirib ki, universitet rektorunun əsas keyfiyyətlərindən biri kitabı bilməkdir:

"O cümlədən rektorun keyfiyyətlərindən biri kitaba dəyər vermək olmalıdır. Universitet var ki, son 10-15 ildə tələbənin ixtiyarına bir kitab belə verə bilməyib. Lakin keyfiyyətli təhsildən, uğurlardan danışırlar.

Universitet kitabxanalarının ciddi monitorinqi aparılmalıdır. Tələbələrə ötən əsrin 60-80-ci illərində çap olunmuş kitablardan dərs demək illüziyadan başqa bir şey deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA