Palatadan gözlənilməz reaksiya: "Nöqsanlara yol verən vəzifəli şəxslərə qarşı tədbir görülmür"

img

05-04-2021 [13:13]


"Əvvəlki illərdə də qeyd edildiyi kimi, dövlət vəsaitlərinin qanunauyğun, səmərəli, qənaətli və nəticəli istifadəsində nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri intizam tədbirləri tətbiq edilmir".

Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Palata həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyini, həmin şəxslərin öz vəzifələrini davam etdirməsi ilə gələcəkdə də bu istiqamətdə xarakterik nöqsanlara yol vermə riskinin əhəmiyyətli olması qənaətini bir daha vurğulayır.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA