Daha 3 məktəb bağlandı - COVİD-19-a görə

img

05-04-2021 [12:35]


Kürdəmir rayonunda daha üç məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tədbirlər nəticəsində rayonun üç məktəbində koronavirus infeksiyası aşkarlanıb.

Bu səbəbdən rayonun 1, 2 və 6 saylı orta məktəblərində əyani təhsil müvəqqəti olaraq dayandırılıb və distant təhsilə keçirilib.

Hazırda həmin məktəblərdə Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA