Şabran rayonunda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

img

03-04-2021 [16:59]


Şabran rayonunda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakini Ş.Balabəyova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən özünütəcrid qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Ş.Balabəyovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA