ŞƏHİD AQŞİN AĞAYEV... - "Bir azyaşlı qızı var" + FOTO
03-04-2021 [12:20]
Şahnaz Şahin
**
Ermənistanın 20-ci əsrin sonlarında Azərbaycan dövlətinə qarşı işğalçılıq zəminində apardığı elan olunmamış müharibə nəticəsində 20 faizədək torpaqlarımız ələ keçirilmiş, minlərlə evlər və obyektlər dağıdılmış, əkin və meşə sahələri terrora məruz qalmış, azərbaycanlı əhali, uşaqlar da daxil olmaqla zorla əsrlərlə yaşadığı doğma Qarabağdan qovulub çıxarılmışdır.
Insanlara ağır, insanlığa sığışmayan işgəncələr verilərək sağlamlıqdan və həyatdan məhrum edilmişdir. Amma Azərbaycan xalqı üzləşdiyi erməni vəhşiliyini heç vaxt unutmadı, səbirlə dözdü, qisas hissi ilə bir gün zorla qovulduqları yurd yerlərinə qayıdacaqları günü gözlədi... Atalar deyib ki, buynuzsuz qoçun qısası buynuzlu qoçda qalmaz...
Yalnız azərbaycanlı olduğu üçün təbəssümü, xoşbəxtliyi bir gecədə qətl edilən insanların da gözlədiyi qisas günü gəlməli idi və gəldi də. Amma biz bunu öz ata-babalarımızın miras qoyduğu yol ilə, kişi kimi, türkə yaraşan qaydada etdik...
Xalqımız 27 sentyabr 2020-ci ildə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müharibənin başlanması haqqında əmrinə öz birliyi, dövlətə və dövlətçiliyə sədaqəti ilə cavab verdi. Mütəşəkkil ordu, dövlət və xalqın birliyi isə 44 günlük haqq savaşının taleyini həll etdi. Azərbaycanın hər yerindən “atağızlı” oğlanlar ayağa qalxdı, qələbə, zəfər naminə səfərbər oldular. Həmin oğullardan biri də Sabirabad rayonunun Ulacalı kəndindən olan Ağayev Aqşin Şirvan oğlu idi...
...Ordum yenilməz, mətin,
Dünya görsün qüdrətin.
Qana qandı niyyətim,
Qarabağa gedirəm!..
Aqşin 1 iyun 1993-cü ildə Ulacalı kəndində dünyaya gəlmişdi. 1999-2010-cu illərdə B. Ağayev adına Ulacalı kənd tam orta məktəndə təhsil almışdır. Məktəbi orta qiymətlərlə oxusa da, vətənpərvərliyi, fərdi bacarığı, hərbi sahəyə marağı ilə seçilirdi. O, 2011-ci ildə vətən borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmış və Gəncədə yerləşən Piyada qoşunlarına məxsus “N” saylı hərbi hissədə xidmət etmişdir. Elə ilk günlərdən ciddiliyi, düşdüyü şəraitdən baş çıxarması , verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməsi ilə komandanlığın diqqətini çəkdiyinə görə “kiçik çavuş” rütbəsi verilməklə “manqa komandiri” təyin edilmişdir. 2013-cü ilin yanvar ayında hərbi xidmət müddətini uğurla başa vuraraq evə qayıtmışdır. Müxtəlif işlərdə çalışmaqla ailəsinə maddi dəstək olan bu gənc, müharibə xəbərini həssaslıqla qarşılamış və hərbi komissarlığa müraciət edərək könüllü surətdə cəbhəyə yollanmışdır...
2020-ci ilin 9 oktyabrından Xüsusi Təyinatlı Qoşunların “Həmlə” qrupunda kəşfiyyatçı kimi döyüşlərə qatılmış Aqşin Ağayevin döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının ərazilərindən keçmişdir. O, döyüşlərdə manqa komandiri kimi bir sıra ağır və şiddətli döyüşlərin iştirakçısı olmuş, rayon, kənd və qəsəbələrin işğaldan azad edilməsində igidlik göstərmişdir. Döyüş meydanlarından yaralı yoldaşlarının çıxarılmasında, düşmənin canlı qüvvə və hərbi texnika sarıdan itkilər verməsində Aqşinin xüsusi xidmətləri vardır.
Xocavənd uğrunda gedən çətin və qətiyyətli döyüşlərdən sonra yenidən Füzuliyə qayıdan ordu hissələırinin tərkibində döyüşü davam etdirən Aqşin, 27 oktyabr 2020-ci il, növbəti kəşfiyyat tapşırığından geri dönərkən sevdiyi vətəni yolunda borcunu qanı və canı ilə ödəməli olmuş və müqəddəs şəhidlik zirvəsinə ucalmışdır...
Doğulub böyüdüyü doğma kəndində torpağa tapşırılan şəhid Aqşin Ağayev, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Aqşin ailəli idi və Zümrüd adlı azyaşlı qızı var. Ailənin yeganə oğul övladı olan Aqşinlə valideynləri fəxr edir və qürur hissi keçirirlər. Vətən uğrunda qurban gedən bütün şəhid övladlarını öz balası hesab edən ana, “Mən oğlum üçün acıyıram, göz yaşı tökürəm, amma bilirəm ki, Vətən malik olduğumuz hər şeydən bir addım öndədir və bu hisslərlə rahatlıq tapıram..”-deyir...
Aqşin körpə qızı Zümrüdü çox sevirdi, onun azad və qalib ölkə vətəndaşı olmasından qürur duyardı... Məqamın mübarək olsun, şəhidim... İndi sənin övladının səninlə fəxr etməyə haqqı var, çünki sən, tarixi qələbə marşını yazan igidlərdən birisən!..
Mia.az
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?