Deputat: “Müharibə iştirakçısı deyir ki, mənə veteran adı verilməyib”

img

02-04-2021 [17:54]


“Kəndə getmək mümkün deyil. Müharibə iştirakçısı gəlir ki, bax, bu mənim hərbi biletim, onun möhürü, hərbi hissənin nömrəsi və s. Ancaq mənə veteran adı verilməyib”.

Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Onlar veteranlara verilən 80 manatı da istəmirlər. Sadəcə onlara bu adın verilməsini istəyirlər. Hazırda veteran adının verilməsi ilə bağlı komissiya yaradılıb. Həmin komissiya bu şəxslərin də müraciətinə baxmalıdır”, - deputat bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA