Türkiyəli nazir: “Azərbaycanın zəfəri Orta Dəhlizin imkanlarını genişləndirəcək"

img

02-04-2021 [18:02]


"Qarabağ zəfəri Azərbaycan-Türkiyə münasibətlərdə hər mənada yeni imkanlar yaradıb, qarşılıqlı ticarətdə, investisiya məsələlərində yeni fürsətlər ortaya çıxarıb".

Bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair "Dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni sərmayələrin qoyuluşu, fabriklərin tikilməsi, bigə ticarət fəaliyyətlərinin artırılması Orta Dəhliz (Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi) adlanan istiqamətin daha aktiv olmasına gətirib çıxaracaq, imkanlarını genişləndirəcək və bu, Azərbaycanın logistika məsələlərində önəmini artıracaq: "Xüsusilə də Süveyş kanalındakı qəza Orta Dəhlizin qədər vacib olduğunu sübut edir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA