“Azercell”in Mobil diş və göz klinikaları təmənnasız xidməti davam etdirir
02-04-2021 [15:48]
Əhalinin aztəminatlı təbəqəsinə təmənnasız xidmət göstərən "Azercell Telekom" MMC-nin Mobil diş və mobil göz klinikaları 2021-ci ilin ilk üç ayında aktiv fəaliyyətini davam etdirib.
Şirkətdən Mia.az-a verilən məlumata görə, pandemiya dövründə belə fəaliyyət göstərən klinikaların həkimləri bütün təhlükəsizlik və gigiyena qaydalarına müvafiq şəkildə bu ilin ilk rübündə 150-dən çox xəstəni pulsuz müayinə və müalicə ediblər.
Səyyar klinikalar respublikanın müxtəlif bölgələrində kimsəsiz uşaqlar və aztəminatlı ailələrlə yanaşı, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinə xidmət göstəriblər. İlin əvvəlində Mobil diş və mobil göz klinikalarının həkimləri Xudat şəhərinə səfər ediblər. Səfər zaman aztəminatlı ailələrin və şəhid ailələrinin üzvlərindən olan 52 uşaq Mobil Diş Klinikasında müayinədən keçib. Dişlərində problem aşkarlanan uşaqlar təmənnasız olaraq müalicə olunublar.
2021-ci ilin birinci rübündə “Azercell”in Mobil göz klinikasında 105 nəfər (53 uşaq, 52 böyük) ödənişsiz göz müayinəsindən keçib. Təkcə Xudat şəhərində 50-dən çox xəstəyə yardım göstərilib. Bundan əlavə, Sumqayıtdakı 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 30 nəfər səyyar klinika həkimlərindən kömək alıb.
Hesabat dövründə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan şəhid ailələrinin üzvləri üçün də pulsuz göz müayinəsi həyata keçirilib. Həmçinin, Bakıda “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin 25 üzvü də Mobil göz klinikasının imkanlarından yararlanıblar.
Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən mobil klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Bu müddət ərzində Mobil diş və göz klinikalarının həkimləri tərəfindən minlərlə insan müayinə edilib və zəruri müalicə alıb.
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?