Oqtay Şirəliyev BMT rəsmisi ilə görüşüb

img

02-04-2021 [15:02]


Səhiyyə naziri Oqtay Şirəliyev BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.

Səhiyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, 2021-2025-ci illər üzrə ölkə Əməkdaşlıq Proqramının BMT-nin Uşaq Fondunun İcraiyyə Şurasında təsdiqlənməsi bildirilib. Eləcə də 2021-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Belə ki, ana və uşaq sağlamlığının gücləndirilməsi, səhiyyədə informasiya sistemlərinin gücləndirilməsi, COVID-19 qlobal pandemiya ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi, uşaqlarda inkişaf problemləri və erkən müdaxilə xidmətlərinin tətbiqi, eləcə də sektorlararası fəaliyyətin əlaqələndirilməsi barəsində müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA