Koronavirusa yoluxan aparıcı FHN-nin modul tipli xəstəxanasına yerləşdirilib

img

02-04-2021 [14:15]


Aparıcı Leyla Quliyeva koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə açıqlama yayıb.

Bildirib ki, FHN-nin modul tipli xəstəxanasına yerləşdirilib:

"Narahat olan, zəng edən, axtaran hər kəsə təşəkkürümü bildirirəm. Hamınıza möhkəm can sağlığı arzu edirəm! Banal səslənsə də, şablon kimi qəbul olunsa da, amma həqiqətən ən vacibi can sağlığıdır. Mən də öz canımı və əhatəmdə olan hər kəsin sağlamlığını önəmli saydığım üçün ev şəraitində yox, həkimlərimizin nəzarəti altında müalicə almağı üstün tutdum. Bu boyda post yazdımsa, deməli, vəziyyətim kritik deyil".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA