Baş nazir Əli Əsədov daha bir qərar imzaladı

img

01-04-2021 [17:13]


“Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.

Mia.az xəbər verir ki, qərara dəyişikliyi Baş nazir Əli Əsədov imzalayıb.

“Şuranın sədrinin müavini” hissəsində “vitse-prezidenti” sözü “birinci vitse-prezidenti” sözləri ilə əvəzlənib. Eyni zamnada Adil Qəribov AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənib. Bundan əvvəl həmin vəzifəni Akademiyasının müxbir üzvü Əminağa Sadıqov tuturdu.

“Şuranın üzvləri” hissəsində hər iki halda “birinci vitse-prezidenti” sözləri “vitse-prezidenti” sözü ilə əvəz edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA