Əli Əsədov əlillərin təqaüdü ilə bağlı qərar imzaladı

img

31-03-2021 [20:56]


Baş nazir Əli Əsədov müharibə əlillərinə təqaüd verilməsi ilə bağlı qərar imzalayıb.

Mia.az-ın məlumatına görə, Baş nazir bununla bağlı “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”na dəyişiklik edib.

Qərara əsasən, "müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə müharibə ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən olunmuş şəxslərə təsis edilmiş təqaüdün ödənilməsi ilə bağlı xərclər daxildir.

Bununla əlaqədar, Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatının “Təqaüdlər” paraqrafına yeni bənd əlavə edilib. Bu paraqrafa müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd xərcləri daxil edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA