Sabiq nazir Fərhad Əliyevə yeni vəzifə verilib? 

img

31-03-2021 [18:00]


"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, indiyə qədər "STP Alüminium" və "STP-AH" MMC-lərə rəhbərlik edən, Parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.

Bundan başqa, “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Abdurrahman Gungor əvəz edib.

STP-nin 4-cü törəmə şirkəti - "STP Metal Structures" MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.

Mia.az xatırladır ki, xəbərdə adı çəkilən Fərhad Əliyev vaxtı ilə İqtisadi İnkişaf naziri vəzifəsində işləyib.

Hələ 4 il əvvəl onun Sumqayıt Texnologiyalar Parkına (STP) rəhbər təyin olunması ilə bağlı xəbər yayılsa da, bu, qısa zamanda təkzib olunmuşdu.

İndisə görünür, vəziyyət dəyişib.

***

Xəbərin yayılmasından sonra STP-dən Mia.az-a bildirilib ki, yeni təyinatda adı hallanan Fərhad Əliyev, əslində, sabiq nazir Fərhad Əliyev deyil: "Təyinat söhbəti gedən Fərhad Əliyev əvvəldən burada işləyib, müavin idi. Yəni məsələ sabiq nazirdən getmir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA