Ərdoğan: "Prezident İlham Əliyevlə birgə Şuşaya ziyarət edəcəyik"

img

31-03-2021 [16:18]


“Ramazan ayından sonra qardaşım Prezident İlham Əliyevlə birgə Şuşaya ziyarət edəcəyik”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

Ərdoğan deyib ki, Azərbaycanın bu bölgəni ayağa qaldırmaq üçün bütün məcburi köçkün qardaşlarımızın öz torpaqlarına dönməsini çox vacib sayır:

“Əziz qardaşım cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm. 44 gün davam edən dastanvari mübarizədən sonra 30 illik işğal sona çatıb. Dağlıq Qarabağ yenə Ana Vətənə qovuşub. 

Dağlıq Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılmış, bununla yanaşı, kilsələr də yerləyeksan edilib. Heç bir zaman Xocalı qətliamını bir kənara qoya bilmərik. Qətlə yetirilən qardaşlarımızı rəhmətlə yad edirəm. Qarabağdakı türk mirasının qorunmasında Azərbaycanın yanında olacağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA