ƏYANİ DƏRSLƏR DAYANDIRILMAYACAQ - Rəsmi xəbərdarlıq

img

31-03-2021 [09:23]


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində əyani tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Mia.az xəbər verir ki, idarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yayılan xəbərləri yalan adlandırıb: “Yanlış məlumat yayanların yeni cəhdləri də əvvəlkilərdən fərqlənmir. Əsassız olaraq rəsmi atributlar fonunda saxta informasiya yayanlar çaşqınlıq yaratmaq istəyənlər, bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar".

Qeyd edək ki, BŞTİ-nin adından yayılan məlumatlarda aprelin 2-dən 14-dək koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblərdə əyani tədrisin dayandırılacağı və dərslərin distant formada davam etdiriləcəyi iddia edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA