Bakı-Tbilisi-Bakı aviareyslərinin sayı artırıldı

img

30-03-2021 [17:58]


"Azərbaycan Hava Yolları" QSC-nin aşağıbüdcəli törəməsi - “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşların sayını 3 dəfədən 4 dəfəyə qədər artırıb.

Bu barədə Gürcüstanın Mülki Avisasiya Agentliyinin təsdiqlədiyi yay uçuş cədvəlində bildirilir.

Bu ilin oktyabrın 30-na qədər qüvvədə olacaq cədvələ əsasən, reyslər çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək. Bakıdan Tbilisiyə uçuş saat 07:00-da, əks istimaqətə uçuş isə saat 10:10-da olacaq.

Batumi beynəlxalq hava limanının yay uçuş cədvəlində Acarıstan paytaxtı və Bakı arasında aviareyslər yer almayıb.

Cədvəldə Tbilisi hava limanından 24, Batumi aeroportundan isə 6 istiqamət üzrə müntəzəm reyslərin yerinə yetiriləcəyi qeyd edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA