Direktordan xəbərdarlıq: “ABŞ-da pandemiyanın dördüncü dalğası başlayır, fəlakət yaxınlaşır”

img

30-03-2021 [12:29]


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (XNPM) direktoru Roşel Valenski Ağ evdə keçirilən iclasda ölkədə koronavirus pandemiyasının dördüncü dalğasının başlanmasına dair xəbərdarlıq edib.

Toplantıda ölkədəki epidemioloji vəziyyəti izah edən R.Valenski məruzədən kənara çıxaraq emosional danışmağa başlayıb.

“Hazırda sadəcə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru olaraq deyil, həyat yoldaşı, ana və övlad olaraq danışıram. Xahiş edirəm, bir az daha dözün. Fəlakətin yaxınlaşdığını bildirmək istəyirəm. Ümidli olmaq üçün xeyli potensial və inkişafımız var, ancaq hazırda sadəcə qorxuduğumu deyə bilərəm”, - o, vurğulayıb.

R.Valenski ABŞ vətəndaşlarının COVID-19-a qarşı aparılan aşılamadan da danışıb: “Araşdırmalar göstərir ki, milli vaksinasiya kampaniyamız, həqiqətən də, effektivdir. Qarşımızdakı həftələrdə milyonlarla amerikalı peyvənd olunacaq”.

Xatırladaq ki, ABŞ-da indiyədək 31 milyondan çox insana COVID-19 diaqnozu qoyulub. Onlardan 563 min nəfər ölüb, 23 milyon çox pasiyent isə sağalıb. Yoluxma və ölüm hallarının sayına görə ABŞ dünyada birincidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA