Marsdan yeni görüntülər yayıldı - FOTOLAR

img

29-03-2021 [11:17]


ABŞ-ın Milli Aviasiya və Kosmik Təhqiqatlar Agentliyi (NASA) “Perseverans” aparatının Mars planetindən göndərdiyi yeni fotoları yayıb.

“Sabah” xəbər verir ki, 142 fotodan ibarət 360 dərəcəlik panorama NASA-nın saytında dərc edilib.

Bu görüntülər indiyədək göndərilən fotoların arasında ən aydın görünənidir.

“Perseverans” ötən il iyunun 30-da ABŞ-ın Floridadakı Kanaveral burnu kosmik stansiyasından (“Cape Canaveral”) buraxılıb. 7 ay müddətinə 470 milyon km-lik məsafəni qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib.

Qırmızı planetdə yeni layihə və aparatın Marsa enməsi üçün 2,4 milyard ABŞ dollar, sistemə isə 300 milyon ABŞ doları xərcləndiyi bildirilib. “Perseverans”ın 2 il Marsda qalacağı planlaşdırılıb/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA