Azərbaycanda daha 1831 nəfər koronavirusa yoluxub, 27 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

28-03-2021 [14:51]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib: "Bununla da indiyədək ümumilikdə 256 201 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3 491 nəfər vəfat edib, aktiv xəstə sayı 16 559 nəfərdir.

Son sutka ərzində 10 590, hazırkı dövrədək isə 2 837 044 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA