Putin Paşinyanla görüşəcək: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq” 

img

27-03-2021 [12:29]


Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu barədə “Joxovurd” bildirib.

Məlumata görə, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində onun Vladimir Putinlə görüşü planlaşdırılıb.

Qəzet bu informasiyanı Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla dəqiqləşdirməyə cəhd göstərib, ancaq o, cavabında bildirib: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq”.

Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra bu, onlar arasında ikinci görüş olacaq.

44 günlük döyüşlərdən sonra birinci dəfə onlar yanvarın 11-də görüşüblər. Görüş üçtərəfli formatda baş tutub və həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Xatırladaq ki, martın 26-da Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub. Onlar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə dair fikir mübadiləsi aparıblar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA