"Qarabağda 44 günə 5 mindən çox əsgər itirdik, Paşinyan isə elə xoruzlanır ki..." - Ermənistanın keçmiş baş naziri

img

26-03-2021 [21:42]


“Hər kəsə aydındır ki, Ermənistan indi uçuruma yuvarladılmaqda davam edir”.

Ermənistan mətbuatı xəbər verir ki, bunu ölkənin sabiq baş naziri, "Vətənin qurtuluşu üzrə Hərəkat"ın namizədi Vazgen Manukyan deyib.

"Bu (İkinci Qarabağ müharibəsində - red) müharibədə 5 mindən çox əsgər itirdik. Bu, yəqin ki Ginnesin rekordu hesab edilə bilər ki, 44 gün ərzində 2,5 milyonluq xalq belə itkilərə malik olsun", - Manukyan qeyd edib.

Müxalif siyasətçi vurğulayıb ki, baş verənlərdən sonra Ermənistanda heç kim bu müharibə və onun dağıdıcı nəticələrinə görə məsuliyyətə cəlb edilməyib: "Bundan başqa, baş nazir elə xoruzlanır, günahkar o, deyil, kimsə başqasıdır”.

Manukyanın sözlərinə görə, Ermənistanın itkiləri təkcə müharibə ilə kifayətlənməyib. Ölkənin məhkəmə sistemi, təhsil sahəsi hücumlara məruz qalır. Atom Elektrik Stansiyasının bağlanılacağı deyilir.

“Dövlətimizi uçuruma yuvarladılır, bizim dövlət formal olacaq, hansı ki, müstəqilliyə malik olmayacaq, inkişaf etməyəcək", - o, əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA