BAYDEN YENİ İDDİASINI AÇIQLADI, 3 ÖLKƏYƏ SƏSLƏNDİ, QAFQAZDAN DANIŞDI: "Çin dünya üzərində hakimiyyət qura bilməyəcək" - 

img

25-03-2021 [22:49]


ABŞ Prezidenti Co Bayden mayın 1-nə qədər Əfqanıstandakı amerikalı hərbçilərin geri çəkilmələrinin çox çətin olduğunu deyib.

Mia.az xəbər verir ki, ancaq o, bu ölkədə ABŞ hərbçilərinin uzun müddət qalmaq niyyətində olmadığını da bildirib.

Bundan başqa, Bayden 2024-cü ildə ABŞ prezidentliyinə yenidən iddialı olacağını açıqlayıb: "Yenidən belə bir mübarizə aparmağı planlayıram".

ABŞ Prezidenti daha sonra Çinlə Şimali Koreyaya da xəbərdarlıq edib: "Şimali Koreya vəziyyəti gərginləşdirərsə, onlara cavab verəcəyik. Çinə gəldikdə isə, onlarla savaş axtarmırıq, biz sıx rəqabət şəraitində mübarizə aparacağıq. Deyə bilərəm ki, mənim prezidentliyim dövründə Çin dünya üzərində bir hakimiyyət qura bilməyəcək. Çinin dünyanın ən zəngin və ən güclü ölkəsi olma hirsi mənim nəzarətim altında olmayacaq. ABŞ və müttəfiqləri Tayvan, Cənubi Çin dənizi və digər məsələlərdə Çini cavabeh tutacaq".

Bayden Rusiya, Türkiyə, həmçinin Cənubi Qafqazdakı gərginliklərə də toxunub.

O, bu istiqamətlərdə də ABŞ-ın Avropadakı müttəfiqləri ilə birgə hərəkət edəcəklərini deyib.

Bayden Türkiyənin demokratik geriləməsindən və Ankaranın Rusiya ilə yaxınlaşmasından narahat olduqlarınıda gizlətməyib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA