Azərbaycanda 79 yaşlı kişi arvadını döyərək öldürüb

img

28-12-2013 [11:19]


Azərbaycanın Yevlax rayonunda dəhşətli qətl törədilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. Kənd sakini, 1934-cü il təvəllüdlü Əziz Əsədov həyat yoldaşı Rəfiqə Əhmədovanı küt alətlə döyərək qətlə yetirib.

Hadisəni törədən Ə. Əsədov saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA