Azərbaycanda ağır yol qəzası - 3 nəfər həlak olub

img

03-01-2014 [11:32]



Ötən gecə Xaçmaz rayonu ərazisindən keçən magistral yolunda "KAMAZ” markalı yük avtomobili və "OPEL” markalı minik avtomobili toqquşub. MİA Fövqəalədə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Allahverən Malik oğlu Şükürov, sərnişinləri 1987-ci il təvəllüdlü Vüsal Əzizağa oğlu Şükürov və 1983-cü il təvəllüdlü Amid Yəhya oğlu Seyidov hadisə yerində vəfat ediblər, deformasiyaya uğramış avtomobil isə yanmağa başlayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA