ÜST-dən xəbərdarlıq: "Avropada koronavirus daha geniş yayılacaq"

img

24-03-2021 [12:29]


"Avropanın əksər ölkələrində koronavirusun artması qarşıdakı həfələr ərzində də davam edəcək".

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional direktoru Hans Kluge bildirib.

“Təəssüf ki, Avropanın əksər ölkələrində xəstəliyin yayılması daha da güclənir, gündəlik yoluxma və ölüm sayı artır. Fikrimizcə, qarşıdakı dörd həftə ərzində bu göstəricilər artacaq. Amma peyvəndləmə sürətlənərsə, insanlar qoruyucu maskalardan daha çox istifadə edərsə, bunu dəyişdirmək mümkündür”, – o, deyib.

Onun sözlərinə görə, pandemiyanın üçüncü dalğasının Avropa İttifaqı ölkələrində müxtəlif sürətlə yayılıb:

“İsrailə dair gözəl məlumatlarımız var. Bu məlumatlar ilkin olsa da, əhalinin 60 faizi peyvənd olunanda bütün göstəricilərin düzəldiyini görürük. Yəni yoluxma, xəstəxanaya yerləşdirilmə, ölüm sayı azalır. Bunlar çox gözəl xəbərlərdir. Biz Britaniyadan da bu cür ilkin məlumatlar alırıq. Əsas məsələ peyvənd dərmanlarının işə salınaraq insan həyatlarını xilas etməkdir”.

ÜST rəsmisi pandemiyanın nə zaman başa çatacağını deməyə çətinlik çəkib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA