Gürcüstanda koronavirus pandemiyasının üçüncü dalğası gözlənilir

img

23-03-2021 [15:51]


“Gürcüstanda koronavirus pandemiyasının üçüncü dalğası gözlənilir”.

Bunu Gürüstanın səhiyyə naziri Ekaterina Tikaradze jurnalistlərə açıqlamasında deyib.

Nazir məhdudiyyətlərin yenidən tətbiq olunacağını istisna etməyib: “Əminəm ki, tövsiyə və qaydalara riayət etmək üçün əhali arasında ictimai məsuliyyət var. Əhalimizin tövsiyələrə əməl edəcəyi halda üçüncü dalğanın qarşısını almaq mümkün olacaq”.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze isə öz növbəsində son günlər ölkədə epidemioloji vəziyyətin pisləşməsi tendensiyasının müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, tövsiyələrə əməl olunmasına nəzarətin sərtləşdirilməsinə ehtiyac var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA