Avropa Komissiyası koronavirusun 3-cü dalğasının başladığını açıqlayıb

img

19-03-2021 [17:47]


Avropada yeni növ koronavirusun yayılmasının üçüncü dalğası başlayıb.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant bildirib.

“Müxtəlif Aİ ölkələrində tədricən və ya hətta sürətlə yayılan üçüncü dalğanı müşahidə edirik”, - o deyib.

Bu vəziyyətin əhalinin aşılanmasını sürətləndirmək üçün əsas olduğu qeyd edilir.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-də COVID-19 ilə bağlı vəziyyətin pisləşdiyini açıqlamışdı. O, bu vəziyyətin əsas səbəbinin Aİ ölkələri sakinlərinin aşılanmasında ləngimələrin olduğunu söyləmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA