Əli Əsədov qazaxıstanlı həmkarı ilə telefonla danışıb - Nələr müzakirə olunub?

img

19-03-2021 [16:30]


Qazaxıstan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Baş nazir Askar Mamin arasında telefon danışığı olub.

Bu barədə  Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Askar Mamin öz həmkarını Novruz bayramı münasibətilə təbrik edib, Qazaxıstan və Azərbaycan xalqlarının uzunəsrlik dostluğunun möhkəm təməllərə söykəndiyni deyib. Azərbaycanın uğurları xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin iqtisadi və ticarət aspektlərinə dair bir sıra məsələlər müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA