ƏN ÇOX YOLUXMA BAKIDADIR... - TƏBİB rəsmisi açıqladı

img

19-03-2021 [16:21]


"Bu gün sağalanların sayı öncəki günlərdə yoluxanların sayı ilə çox əlaqəlidir".

Mia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, son günlər aparılan test yoxlamaları zamanı çoxlu sayda yoluxma halı aşkarlanıb: “Dekabrın sonlarında sərt karantinə keçəndən sonra yoluxanların sayı azalmışdı. Yanvarın ortalarında yumşalma tədbirlərindən sonra artım gözlənilən idi. Baxmayaraq ki, bu zaman dalğa sözünü istifadə etməkdən çəkinirik. Lakin mövcud cədvələ baxanda bunu aydın görmək olar. Bakı şəhərində yoluxma daha çoxdur. Bu rəqəm 52,9 % təşkil edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA