Kreml: "Baydenlə Putinin görüşünə hazırlıq görülür"

img

19-03-2021 [14:13]


"ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında mümkün görüş martın 19-u, yaxud 22-i baş tuta bilər".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinlə C.Bayden arasında danışıqların tarixi barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, V.Putin danışıqların ya cümə, ya da bazar ertəsi (martın 19-u və ya 22-si) olacağını deyib. D.Peskov bildirib ki, iki ölkə liderinin danışıqları üçün diplomatik kanallar vasitəsilə tədbirlər görülür. Mətbuat katibi görüşün video-konfrans formatında keçirləcəyini qeyd edib.

O, prezidentlərin birinci təmasının təşəbbüskarının ABŞ olduğunu da vurğulayıb. D.Peskov söyləyib ki, bu dəfəki görüşün təşəbbüskarı V.Putindir.

ABŞ prezidentinin mətbuat katibi Cen Psaki isə bir müddət əvvəl bildirib ki, C.Baydenin Corciyada işi çox olduğundan Ağ Ev V.Putinlə birbaşa görüş barədə qərar qəbul etməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA