Ağ Ev Putinin Baydenlə birbaşa yayımda dialoq təklifinə belə cavab verdi: "Prezident məşğuldur" - ABŞ prezidenti isə...

img

19-03-2021 [09:03]


Ağ Ev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ABŞ prezidenti Cozef Baydenlə dialoq təklifinə cavablandırıb.

Məlumata görə, ABŞ administrasiyası Birləşmiş Ştatlar rəhbərinin məşğul olduğunu bildirib.

“Hələ heç nə demək olmaz. Sabah prezident (Cozef Bayden - red) məşğuldur”, - deyə Ağ Evdən bildirilib.

ABŞ rəhbərinin mətbuat katibi Cen Psaki qeyd edib ki, Ağ Ev hələ Rusiya Federasiyası prezidenti Vladimir Putinin amerikalı həmkarı Cozef Baydenlə mümkün gələcək söhbəti haqqında informasiyaya malik deyil, amma bildirir ki, Rusiya rəhbərliyi ilə əlaqələr davam edir.

"Əgər biz bununla bağlı fikrimizi dəyişsək, mən sizə bildirəcəm", - Psaki ABŞ prezidentinin Rusiya liderinin danışıqla bağlı təklifini qəbul edəcəyi barədə suala cavabında deyib.

Baydenin mətbuat katibi xatırladıb ki, ABŞ rəhbəri artıq Rusiya prezidenti ilə söhbət edib.

"Biz Rusiya lideri, Rusiya hökumətinin üzvləri ilə bütün səviyyələrdə əlaqələri dəstəkləyirik, amma mən sizə gələcək görüş (liderlərin görüşü-red) haqqında heç nə deyə bilməyəcəm", - Baydenin mətbuat katibi deyib. O, əlavə edib ki, prezident sabah Corciyada olacaq və kifayət qədər məşğuldur.

Daha əvvəl Putin Baydenlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

"Mən prezident Baydenə müzakirələrimizi davam etdirməyi təklif etmək istəyirəm, amma bir şərtlə ki, bunu faktiki olaraq birbaşa yayımda edəcəyik, necə deyərlər onlayn formada. Amma heç bir yubanma olmadan və açıq, birbaşa müzakirədə", - "Rusiya-24" telekanalının efirində Putin deyib/Report.

Maraqlıdır ki, ABŞ prezidenti Cozef Bayden də  Putinin birbaşa danışıqlar aparmaq barədə təklifinə cavab verməkdən imtina edib.

“RİA Novosti” xəbər verir ki, ABŞ rəhbərinin Ağ Evdə koronavirus mövzusunda çıxışının sonuna yaxın jurnalistlərdən biri Putinin təklifi haqqında sual verib və Baydenin danışığa razı olub-olmadığını soruşub. Bayden tribunada suala cavab verməyib və vitse-prezident Kamala Harrisin müşayiəti ilə gedib.

Daha əvvəl Bayden KİV-in rusiyalı həmkarını "qatil" hesab edib-etməməsi barədə sualına “hə” cavabını verib. ABŞ rəhbəri həmçinin qeyd edib ki, Putin Amerikadakı seçkilərə müdaxiləyə görə cavab verəcək. Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin Putin haqqında sözlərinin “metafora” olması barədə sualı izah etməkdən imtina edib.

Baydenin sözlərini şərh edən Putin isə ona sağlamlıq arzulayıb və bazar ertəsi və ya cümə günü birbaşa danışıq aparmağı təklif edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA