BAYDEN PUTİNİ AÇIQ ŞƏKİLDƏ HƏDƏLƏDİ: "O, bunun bədəlini ödəyəcək, tezliklə bunu görəcəksiniz”

img

17-03-2021 [15:57]


“Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən seçkiyə müdaxiləsinin bədəlini ödəyəcək”.

"RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində bildirib/Report.

Mia.az xəbər verir ki, Bayden jurnalistin Rusiya Prezidentinin hansı nəticələrlə üzləşəcəyinə dair sualına belə cavab verib: "Siz tezliklə bunu görəcəksiniz".

Bununla yanaşı, Bayden START nüvə sazişini yeniləmək kimi ABŞ və Rusiyanın birlikdə çalışmağa qarşılıqlı maraqlarının olduğu sahələrin mövcudluğunu bildirib: "Biz uzun danışıqlar apardıq. Mən onu kifayət qədər yaxşı tanıyıram. Söhbətin əvvəlində ona dedim: “Mən sizi tanıyıram, siz də məni. Əgər mən bilsəm ki, bu baş verib, hazır olun”. Təcrübəmdə xarici liderlərlə münasibətdə olan ən vacib şey, sadəcə, qarşındakını tanımaqdır".

Vladimir Putin haqqında danışan ABŞ Prezidenti əlavə edib ki, o, Rusiya liderinin ruhu olduğunu düşünmür.

Xatırladaq ki, ABŞ kəşfiyyatının martın 16-da açıqlanan hesabatında Moskva keçmiş prezident Donald Trampı dəstəkləməyə cəhddə, Cozef Baydeni nüfuzdan salmaqda və ABŞ cəmiyyətinə "nifaq toxumu səpməkdə" ittiham olunur.

Seçkilərə İran, “Hizbullah” və Kubanın da müdaxilə etməyə cəhd göstərildiyi bildirilib. Hesabatada Çinin ABŞ-dakı seçkiyə müdaxilə etmədiyi də qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA