BU ŞƏXSLƏRƏ ALİ XÜSUSİ RÜTBƏLƏR VERİLDİ - Sərəncam + Siyahı

img

17-03-2021 [12:03]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib:

Nağıyev Habil Sadıx oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi

Xudiyev Anar Xudayar oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA